YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əməli addımlar atılmalıdır

«Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əməli addımlar atılmalıdır». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri turist xarakteri daşımamalıdır. Onun sözlərinə görə, vasitəçilər Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi səylər etməlidirlər.

«Həmsədrlər təcavüzkarı öz adı ilə çağırmalıdır. Onların indiki mövqeyi isə Azərbaycan cəmiyyətini qane edə bilməz»-deyə, deputat qeyd edib.