YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Partiyamızın xeyirxahlıq missiyası böyük məna kəsb edir

«Yeni Azərbaycan Partiyası  Ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin rəhbərliyi etdiyi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Sədr müavini olduğu partiyadır. Bu şəxslərin həyata keçirdiyi tədbirlərin əsasında hər zaman humanizm, xeyirxahlıq dayanıb». Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı YAP-ın  təşkilatçılığı ilə 8 saylı Sanatoriya tipli İnternat Məktəbinin sakinlərinə keçirilən toy mərasiminə münasibət bildirərkən deyib deyib.

M. İbrahimqızı qeyd edib ki, partiyamızın bu xeyirxahlıq missiyası böyük məna kəsb edir. Onun sözlərinə görə, humanzm siyasətinin əsası Ümummilli liderimiz tərəfindən qoyulub və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən davam etidirilir.

«Ölkəmizdə qısa müddət ərzində qayğıya ehtiyacı olan insanlar üçün bütün şərait yaradılıb. Onların təminatları yüksək səviyyədədir. O cümlədən, kimsəsiz uşaqlara da yüksək qayğı ar. YAP bu missiyası ilə məhz bu tipli insanlara yüksək qayğını  təbliğ edir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ərəfəsində bu xeyirxah missiya dövlət qayğısı ilə böyümüş gənclərin sağlam ailə qurmasına verdiyi dəstəkdir. Mən bu hadisəni nəcib əməl hesab edirəm. Bu hadisə Ulu öndər Heydər Əliyevun ruhina böyük ehtiramdır»-deyə, deputat vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv