YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqe nümayiş etdirməlidir

«Azərbaycanın işğal olumuş əraziləri ilə bağlı məsələ Avropa Komissiyası ilə də müzakirə olunur». Bu fikri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində, digər beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Əgər qətnamələr icra olunmayacaqsa, o zaman niyə qəbul edilir?

«Ermənistan belə fövqəl dövlətdir ki, beynəlxalq hüquqa məhəl qoyulmur? Mənim günahımdır ki, Azərbaycanda doğulmuşam və müsəlmanam. Niyə Cənubi Osetiyaya bir cür, Dağlıq Qarabağ münaqişəsinə bir cür münasibət göstərilir. Artıq seperatizm Avropanın da qapısını döyür. Əgər bunun qarşısı vaxtında alınmasa sonrdan həlli çox çətin olacaq. Əgər BMT qətnamələri yerinə yetirilməyəcəksə, ATƏT-in Minsk Qrupu nəyə lazımdır. Biz müharibə istəmirik. Ancaq nə qədər gözləməliyik? Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqe nümayiş etdirməlidir. Hər kəs ədalətdən danışır, amma konkret işə gələndə nəticə yoxdur. Əgər vaxtilə məsələyə beynəlxalq hüquq normaları çərçivəsində baxılsaydı indiki vəziyyətə gəlib çıxmazdı»-deyə, birinci vitse-spiker vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv