YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-İran-Rusiya arasında elektrik enerjisi dəhlizinin yaradılması müzakirə olunub

Azərbaycan-İran-Rusiya arasında elektrik enerjisi dəhlizinin yaradılması müzakirə edilib.

Energetika Nazirliyindən bildirilib ki, energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 6-7-də İran İslam Respublikasında səfərdə olub. Səfər çərçivəsində Pərviz Şahbazov İranın energetika naziri Reza Ardakanian ilə görüşüb. Söhbət zamanı iki ölkənin enerji sistemləri arasında həyata keçirilən elektrik enerjisi mübadiləsi, elektrik enerjisinin satışı ilə bağlı görülən tədbirlər, “Xudafərin” və “Qız qalası” hidroqovşaqları, eyni zamanda, “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlər, eləcə də bu yaxınlarda İranın enerjinin istehsalı, ötürülməsi və paylanması üzrə şirkəti “TAVANIR” ilə “Azərenerji” ASC arasında elektrik enerjisinin alıq-satqısı üzrə müqavilənin imzalanması elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirən addımlar kimi qiymətləndirilib.

Görüşdə, həmçinin Azərbaycan-İran-Rusiya arasında elektrik enerjisi dəhlizinin yaradılması da müzakirə edilib. Üç ölkə arasında elektrik enerjisi sistemlərinin birləşdirilməsinin optimal variantının müəyyənləşdirilməsi üçün davamlı müzakirələrin məqsədəuyğunluğu qeyd olunub.

Energetika naziri, həmçinin İranın Turbin Mühəndisliyi və İstehsalat Şirkətinə (MAPNA) baş çəkib, şirkətin fəaliyyəti ilə tanış olub. Azərbaycanla külək və günəş elektrik enerjisi stansiyalarının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.