YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: İndiyədək 4,5 milyard kubmetr səmt qazı platformlarda tutularaq ölkənin qaz təsərrüfatına verilib

Son illərdə atmosferə atılan ümumilikdə 4,5 milyard kubmetrə qədər səmt qazı platformlarda tutularaq ölkənin qaz təsərrüfatına verilib.

Bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev mayın 7-də şirkətdə keçirilən Dünya Bankının "Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq" (GGFR) Təşkilatının Rəhbər Komitəsinin iclasında deyib.

O bildirib ki, SOCAR, BP və Dünya Bankının "Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq" Təşkilatının birgə layihəsi nəticəsində son illərdə atmosferə atılan ümumilikdə 4,5 milyard kubmetrə qədər səmt qazı platformlarda tutularaq ölkənin qaz təsərrüfatına verilib.