Xəbərlər
YAP Bərdə rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Breyn – rinq” intellektual oyun keçirilmişdir

YAP Bərdə rayon təşkilatı, rayon Təhsil şöbəsi, rayon Gənclər İdman idarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə rayonun tam orta məktəb şagirdlərindən ibarət komandaları arasında “Breyn – rinq” intellektual oyun keçirilmişdir.
Yarış başlamamışdan əvvəl ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədr müavini, təşkilatın təlimatçısı Fuad Ağayev ümummilli lider Heydər Əliyevin hər bir Azərbaycanlının ürəyində öz sevgisini qazanmış bir şəxsiyyət olduğunu və həyatımızın hər anı üçün müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevə borclu olduğumuzu bildirdi. O, qeyd etdi ki, ümummilli lider Heydər Əliyev xalqımızın ən çətin anlarında onunla birlikdə olaraq xilaskarlıq missiyasını həyata keçirmişdir.
Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, Rayon Gənclər İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxış edərək bildirdilər ki, bu yarışların keçirilməsi məktəblilər arasında dostluq, həmrəylik təşkil etməklə bərabər həm də, ümummilli liderin təhsilə olan qayğısının nümunəsidir.
“Breyn – rinq” intellektual oyununda 16 komanda iştirak etmişdir.