YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda üçüncü beynəlxalq şagird konfransı keçirilir

Mayın 4-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda” mövzusunda üçüncü beynəlxalq şagird konfransı işə başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) keçirilən konfransda Azərbaycanın 26 bölgəsindən 80, xarici ölkələrdən 21 məktəbli olmaqla ümumilikdə 101 şagird qatılıb.

Konfransın plenar iclasında çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov ümummilli lider Heydər Əliyevin Azərbaycanda gənc nəslin inkişafındakı xidmətlərindən danışıb, Ulu Öndərin məktəblilərə qayğısından və sevgisindən söhbət açıb.