YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Respublikamızda sosial sferada qazanılan uğurlar beynəlxalq səviyyədə də etiraf olunur

«Son 15 ildə Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiya üzrə reallaşdırılan praqmatik siyasətin ana xətti sosial məsələlərlə bağlı olub». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, ötən dövrdə ölkənin iqtisadi-maliyyə imkanlarının genişlənməsindən adekvat şəkildə insanların rifah halının yaxşılaşması, gəlir imkanlarının artırılması, kommunal rahatlıqlarla təminatlarının gücləndirilməsi məqsədilə istifadə olunub.
«Təsadüfi deyil ki, respublikamızda sosial sferada qazanılan uğurlar beynəlxalq səviyyədə də etiraf olunur. Bu sahənin prioritetliyinin təmin edilməsi sayəsində Azərbaycan insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub. Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda müasir dövrdə dünyada sosial çağırışların önəminin artdığı vurğulanıb. Sənədə əsasən, Azərbaycan “sosial bərabərsizliyin” ən aşağı səviyyədə olduğu ölkələr sırasında yer alıb. Davos İqtisadi Forumunun inklüziv inkişaf indeksində də respublikamızdakı vəziyyət yüksək qiymətə layiq görülüb. Belə ki, Azərbaycan inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü pillədə qərarlaşıb»-deyə, deputat vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv