YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: «Məşğulluq haqqında» yeni qanunda işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları müəyyən edilib

«Beş fəsil, 34 maddədən ibarət «Məşğulluq haqqında» haqqında yeni qanun layihəsində  məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsasları, işsizlik statusunun verilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları müəyyən edilib». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib. Qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərindən həyata keçirilməsi nəzərdə tutulub. İlk dəfə olaraq işaxtaran və işsiz şəxslərə vakansiya bankından münasib işin onların özü tərəfindən seçilməsi hüququ verilib və onlar bu hüquqdan istifadə etmədikdə bu, sistem tərəfindən edilir. Münasib iş təklifi üzrə müddət 11 gündən 5 günə endirilib.

«Qanun layihəsində işaxtaran və işsiz şəxslərin sosial təminatlarına əlavələr edilir və peşə hazırlığı aldığı dövrdə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcəyi nəzərdə tutulur. Layihədə bu qanunun tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslərin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıdıqları müəyyən edilir»-deyə, komitə sədri  vurğulayıb.