YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gəncə şəhər təşkilatı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş şahmat turniri keçirib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbində keçirilən şahmat turniri olub. Olimpiya sisteminə uyğun olaraq keçirilən yarışda Gəncə şəhər ali və orta ixtisas təhsil müəssisələrinin hər birində 6 nəfər olmaqla 6 komandası qalib adı uğrunda mübarizə aparıb. Turnirin əvvəlində yarış iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov Ulu öndərin siyasi kursunun gənc nəslə təbliğ edilməsindən, şahmat turnirinin gənclər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, asudə vaxtlarının səmərəli təşkinə xidmət etməsindən, gənclərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsindəki əhəmiyyətli rolundan danışıb.

YAP Gəncə şəhər təşkilatının İdelogiya şöbəsinin müdiri Hüseyn Budaqov, təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov, 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbinin müdiri Asif Həsənov, YAP Gəncə Tibb Kollecinin ərazi ilk partiya təşkilatının sədri Kifayət Fəttahi çıxış edərək Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin apardığı siyasətin uğurlu nəticəsi kimi xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsinin ön planda dayandığına diqqət çəkiblər.

Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Musiqi Kolleci, Gəncə Dövlət Regional Kolleci və Gəncə Tibb Kolleci tələbələrinin iştirak etdiyi şahmat turnirinə start verilib.

Final mərhələsində Gəncə Dövlət Regional Kollecinin komandası I yer, Gəncə Dövlət Universitetinin komandası II yer, Azərbaycan Dövlət Aqrar Universitetinin komandası isə III yerə sahib olub.