YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyası keçirilir

Bakıda Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı keçirilir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev respublikamızın iqtisadi sahədə son illər əldə etdiyi nailiyyətlərdən, eləcə də Dövlət Gömrük Komitəsinin bu sahəyə verdiyi töhfələrdən bəhs edib.

Konfransda təhlükəsiz biznes mühitinin başlıca elementləri, SİO proqramı üzrə dövlət və özəl sektor təcrübəsi, blok zənciri, gömrük və logistika əməliyyatları kimi təchizat zəncirinin təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur.

Tədbirdə 25 ölkədən təqribən 150 nümayəndə iştirak edir.