YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Azərbaycan dünyada beynəlxalq idman yarışlarının keçirildiyi məkan kimi tanınır

«Azərbaycan dünyada beynəlxalq idman yarışlarının keçirildiyi məkan kimi tanınır». Bu fikri Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

N.Həmzəyev bildirib ki, silsilə xarakter daşıyan Avropa, dünya çempionatlarının, beynəlxalq əhəmiyyətli yarışların, tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin daha bir təsdiqidir. Onun sözlərinə görə, Azərbaycan dünya mediasının diqqət mərkəzində olan  növbəti beynəlxalq əhəmiyyətli yarışa - Formula 1 Qran-Prisinə üçüncü dəfə ev sahibliyi etdi.

«Dünyada 100 milyonlarla həvəskar tərəfindən izlənilən beynəlxalq yarışın yenidən Bakıda keçirilməsi  ölkəmizin son 15 ildə qazandığı uğurlardan, gündən-günə dünya miqyasında artan beynəlxalq nüfuzumuzdan xəbər verir. 2018 Formula 1 Qran Prisinin Azərbaycanda keçirilməsi ölkəmizi dünyaya tanıtmaq üçün əlverişli fürsət oldu. Bu günlər ərzində dünyanın aparıcı idman kanallarının, informasiya portallarının diqqəti Bakıya yönəldi. Dünya mediası 2018 Formula 1 Azərbaycan Qran Prisi haqqında ətraflı reportajlar və məqalələr yayımladı. Yarışlarla yanaşı, ölkəmizin mədəniyyəti dünyaya bir daha təqdim olundu, beynəlxalq ictimaiyyətə Azərbaycan haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yarandı. Formula 1 Qran Prisinə baxmaq üçün ölkəmizə xaricdən çoxlu sayda qonaqlar gəldi. Onlar Azərbaycanın inkişafının, nəyə qadir olduğunun, sözün əsl mənasında, sabitlik, əmin-amanlıq məkanı olduğunun bir daha şahidi oldular»-deyə, deputat qeyd edib.