YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın maliyyə naziri Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısında iştirak edəcək

Mayın 3-6-da Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 51-ci İllik Toplantısı keçiriləcək.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, toplantıda Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İllik Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər iştirak edəcəklər. Toplantıda Asiya və Sakit okean bölgəsinin daha da inkişafı və institusional məsələləri müzakirə olunacaq.

İllik Toplantı çərçivəsində maliyyə naziri Samir Şərifovun bir sıra ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

1966-cı ildə yaradılan AİB-in baş qərargahı Manilada yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

 

DİGƏR Xəbərlər Arxiv