Xəbərlər
San Marinonun xarici işlər üzrə dövlət katibi Azərbaycana rəsmi səfər edəcək
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/3b0f0d226728ce1e05f430f830cfc3c7.jpg&w=360)
San Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzi 2-3 may tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.
Azərbaycan XİN-dən verilən məlumata görə, səfər çərçivəsində N.Renzinin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü planlaşdırılır.
Xarici İşlər Nazirliyində görüşdən sonra mətbuat konfransı nəzərdə tutulmayıb.