YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anifah Aman: Azərbaycan ilə Malayziya arasında formalaşmış çoxşaxəli ikitərəfli münasibətlər təqdirəlayiqdir

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə Malayziyanın xarici işlər naziri Anifah Aman arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, nazir Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycanın Malayziya ilə dostluq, qarşılıqlı anlaşma və etimad ruhunda olan səmimi dialoq və əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib.

Elmar Məmmədyarov ölkələrimiz arasında ortaq maraq və yaxın əməkdaşlıq əsasında qurulmuş səmimi bir münasibətin formaşlaşdırıldığını qeyd edib. O, iki ölkəni daha da yaxınlaşdırmaq üçün ən yaxşı zəmanət olan insanlararası münasibətlərin gücləndirilməsinin, qarşılıqlı olaraq xalqlarımızın mədəniyyətlərinə marağın artırılmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Nazir, həmçinin Malayziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən mövqeyini, bu çərçivədə qəbul olunmuş BMT-nin və İƏT-in müvafiq qətnamələrini dəstəkləməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb və bu dəstəyin davam edəcəyinə əminliyini ifadə edib.

Malayziyanın xarici işlər naziri Anifah Aman Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 il ərzində iki ölkə arasında əlaqələrin bir çox sahələrdə, o cümlədən insanlararası münasibətlər səviyyəsində son dərəcədə inkişaf etdiyini bildirib. O qeyd edib ki, iki ölkə arasında qarşılıqlı anlaşma və rəğbət əsasında formalaşmış çoxşaxəli ikitərəfli münasibətlər təqdirəlayiqdir. Həmçinin nazir ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi üçün gələcəkdə birgə fəaliyyətin davam etdirilməsinə hazır olduğunu vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv