YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: AŞPA-dakı hesabat Azərbaycana qarşı böhtandır

“Avropa Şurası Parlament Assambleyasının “korrupsiya hesabatı” Azərbaycan əleyhinə olan bəzi daxili və xarici qüvvələrin çirkin kampaniyasının göstəricisidir. Təəssüf olsun ki, xaricdəki anti-Azərbaycan mərkəzlər bu işdə xaricdə yaşayan bəzi azərbaycanlılardan istifadə edirlər. Hesabatda qeyd olunanların hamısı Azərbaycana atılan böhtanlardır, heç bir əsası yoxdur”. Bu fikirləri Milli Məclisin deputatı  Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, ölkə daxilində siyasi mübarizə üçün şərait var. Onun sözlərinə görə, hər hansı təşkilat, şəxs ölkə daxilində Konstitusiya çərçivəsində siyasi mübarizə apara bilər.

«Sərhədi keçdikdən sonra xaricdə ölkə, dövlət, dövlət adamları əleyhinə danışmazlar. Belə hərəkətlər təkcə, milli mənəvi kasadlıqla deyil, eyni zamanda bəlli mərkəzlərin hazırladığı ssenari əsasında aparılır. Bu cür kampaniyaların heç bir əsası olmayacaq»-deyə, deputat qeyd edib.