Xəbərlər
Formula 1 üzrə Azərbaycan Qran Prisi rusiyalı turistlər üçün ən populyar tədbirdir

Formula 1 üzrə Azərbaycan Qran Prisi rusiyalı turistlər arasında ən populyar tədbirlər reytinqində yer alıb.
Bu barədə Rusiyanın “TurStat” agentliyi bildirib.
Qeyd olunur ki, 2017-ci il Azərbaycan Qran-prisinə 8 mindən çox xarici turist gəlmişdi ki, onlar arasında çoxluğu Rusiya turistləri təşkil etmişdi.
Agentliyin hazırladığı materialda o da qeyd olunur ki, bu ilki populyar tədbirlər reytinqində Sankt-Peterburqda Buzqıranlar festivalı, Tatarıstanda “Çak-çay” qida festivalı, Saratovda Zanbaq festivalı kimi tədbirlər yer alıb.