YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın EksonMobil şirkətinin prezidenti Nil Daffin Prezident İlham Əliyevə təbrik ünvanladı

ABŞ-ın EksonMobil şirkətinin prezidenti Nil Daffin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi EksonMobil şirkəti adından təbrik etməkdən məmnunluq hissi duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın müxtəlif yerlərindən olan şirkətlərlə sıx peşəkar ticarət tərəfdaşlığı quraraq öz enerji resurslarını dünya bazarına çıxarmaq istiqamətində səylərini davam etdirir. Siz beynəlxalq tərəfdaşlığa xüsusi önəm verərək ölkəni investisiyalar üçün cəlbedici bir məkana çevirmisiniz. EksonMobil şirkəti olaraq Azərbaycanın inkişafına töhfə verdiyimiz üçün qürur hissi keçirir və ölkənin daha parlaq gələcəyi naminə fəaliyyətimizi davam etdirməyə ümidvarıq.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Zati-alinizə və xalqınıza əmin-amanlıq və daha yüksək tərəqqi arzulayıram”.

DİGƏR Xəbərlər Arxiv