YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman son 15 ildə ölkəmizdə reallaşdırılan dərinməzmunlu sosial siyasətin növbəti təzahürüdür. Bu fikri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır.

«Bu Fərman Prezident İlham Əliyevin andiçmə mərasimindən və səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı ilk sənəddir. Fərman cənab İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir. Bu qərar Azərbaycan Prezidenti tərəfindən bəyan olunmuş “Həyata keçirdiyimiz siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” şüarının reallıqda yüksək səviyyədə həyata keçirildiyinin əyani sübutudur. Prezident İlham Əliyev belə bir sənəd imzalamaqla bir daha təsdiq etdi ki, Azərbaycan dövləti hər bir vətəndaşın, imtiyazlı təbəqənin, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərin sosial məsələlərinin həllini prioritet vəzifə hesab edir və dövlətin həyata keçirdiyi ardıcıl sosial siyasət perspektivdə daha da gücləndiriləcək»-deyə, deputat vurğulayıb.