YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Bu qələbə, Azərbaycanın qələbəsidir

«Azərbaycanda prezident seçkiləri çox şəffaf, ədalətli və demokratik şəraitdə keçirilib». Bu fikri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, hər bir seçici bu seçkilərdə öz mövqeyini azad, sərbəst şəkildə ifadə etdi. Onun sözlərinə görə, seçicilər cənab İlham Əliyevə səs verməklə, Azərbaycanın daha da qüdrətlənməsinə, güclənməsinə, eləcə də ölkəmizin dünya birliyində daha da layiqli yer tutmasına, vətəndaşlarımızın firəvan yaşamasına səs vermiş oldular.

«Bir sözlə, bu, Azərbaycanın qələbəsidir. Bizi gələcəkdə də yeni-yeni zəfərlər gözləyir.  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə də böyük nailiyyətlər qazanacaq»-deyə, millət vəkili qeyd edib.