YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İsmayıllıda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, körpələr evi-uşaq bağçası 120 yerlikdir. Ümumi ərazisi 520 kvadratmetr olan körpələr evi-uşaq bağçası ən müasir tələblər səviyyəsində inşa olunub. Burada tibb otağı, zəruri qurğular və oyuncaqlar ilə təchiz edilmiş idman zalı var. 120 yerlik yeməkxanada da balacaların normal qidalanmaları üçün bütün imkanlar yaradılıb. Binadakı yataq və oyun otaqları da uşaqların zövqünə uyğun tərtib edilib. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait var. Uşaqların günün əsas hissəsini burada keçirmələri nəzərə alınaraq bu məktəbəqədər təhsil müəssisəsində onların təlim-tərbiyəsinin keyfiyyəti, hökm sürən ab-hava vacib amillər kimi əsas götürülüb. Balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır. Bu amillərə körpələr evi-uşaq bağçasında xüsusi diqqət yetirilib. Körpələr evi-uşaq bağçasının ərazisinə dekorativ hasar çəkilib, oyun meydançaları yaradılıb. Bina ən müasir infrastrukturla təchiz edilib.

Görülən bütün bu işlər bir daha təsdiqləyir ki, dünyada xoş məramı, xeyirxah işləri ilə seçilən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gələcəyimiz olan uşaqlara xüsusi diqqətlə yanaşır, onların sağlam, bilikli, savadlı və intellektli olmaları üçün əlindən gələni edir.

Son illərdə Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə paytaxtla yanaşı, bölgələrimizdə də bir çox uşaq tərbiyə və təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni uşaq bağçaları tikilib. Belə layihələrin icrasında əsas məqsəd məktəbəqədər təhsildə əvvəllər mövcud olan çatışmazlıqların aradan qaldırılması idi və buna da nail olunur. Heydər Əliyev Fondu bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün yeni bir layihəyə start verib. “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı ictimaiyyətə təqdim edilib. Bütün bu addımlar isə Azərbaycanın uğurlu gələcəyinə hesablanıb.