YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüş keçirib

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda seçicilərlə görüş keçirib.

Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Sonra millət vəkili Asif Əsgərov Vətən müharibəsi qəhrəmanı, şəhid mayor Şıxamir Qaflanovun ailəsini ziyarət edib. Görüşdə qəhrəman zabitin şərəfli həyat yolu, xüsusi təyinatlı dəstənin Vətən müharibəsində göstərdiyi misilsiz şücaət geniş şəkildə xatırlanıb. Şəhidin Vətənə sədaqəti və döyüş əzmi xüsusi vurğulanıb.

Qeyd olunub ki, şəhidlərimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək şanlı tarix yazıblar. Onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq və gələcək nəsillər üçün örnək olaraq qalacaq.

Sonda həm şəhid ailələri, həm də seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.