YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistan parlamentinin sədr müavini: Seçkilər beynəlxalq standartlara uyğun şəkildə baş tutub

Prezident seçkilərinin yüksək səviyyədə təşkili münasibətilə Azərbaycan Mərkəzi Seçki Komissiyasını təbrik edirəm. Sechki-2018.az saytının xəbərinə görə, bunu Özbəkistan Parlament Məclisi sədrinin müavini Sarvar Otamurodov prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

Prezident seçkilərini Özbəkistandan üç nəfərin müşahidə etdiyini xatırladan S. Otamurodov qeyd edib ki, səsvermə zamanı siyasi mədəniyyət yüksək səviyyədə olub: "Azərbaycanda keçirilmiş prezident seçkiləri beynəlxalq standartlara uyğun - azad, şəffaf və demokratik şəkildə baş tutub".

 

DİGƏR Xəbərlər Arxiv