YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstandakı səfirliyimizdə səsvermə davam edir

Aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ölkəmizin Qırğızıstandakı səfirliyində yaradılan 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibindəki 33 saylı seçki məntəqəsi yerli vaxtla saat 08:00-da fəaliyyətə başlayıb.

Bu ölkədə yaşayan və işləyən Azərbaycan vətəndaşları saat 19:00-a qədər səfirliyə gəlib səsvermədə iştirak edə biləcəklər. Məntəqədə sərbəst şəkildə səsvermə üçün hər şərait yaradılıb.

Səfirlik tərəfindən tərtib edilmiş siyahıya əsasən Bişkek və Karabalta şəhərlərində, Çuy vilayətinin müxtəlif yaşayış məntəqələrində və Qırğızıstanın digər regionlarında yaşayan və işləyən, səsvermə hüququ olan vətəndaşlarımız səsvermədə iştirak edirlər. Bununla yanaşı, bu gün ölkədə ezamiyyətdə olan vətəndaşlarımız da səfirliyə gəlib səsvermə hüquqlarından istifadə edə bilirlər. Səfirlikdə yaradılan məntəqə seçki komissiyasının sədri Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovdur.

Səsvermə prosesini Qırğızıstanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasından, eləcə də ictimaiyyətin nümayəndələri müşahidə edirlər. Qırğızıstanın kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycan Respublikası Prezidenti seçkilərini izləyir və işıqlandırırlar.

DİGƏR Xəbərlər Arxiv