YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstanlı müşahidəçi: Veb-kameralar səsvermənin şəffaf keçməsinə şərait yaradır

İndiyə qədər apardığımız müşahidələrə əsasən deyə bilərəm ki, seçki prosesi normal şəraitdə davam edir. Heç bir qanun pozuntusuna rast gəlməmişik.

Bu fikri Azərbaycanda prezident seçkilərini izləyən Qazaxıstan Senatının üzvü Muratbay Joldasbayev deyib.

O deyib: “Seçici fəallığı xüsusilə diqqət çəkir. Baş çəkdiyimiz məntəqələrdə hər hansı neqativ hal qeydə almamışıq. Heç bir narazılıq yoxdur. Seçkilərin təşkili yüksək səviyyədədir. Xüsusilə veb-kameraların quraşdırılması seçkinin şəffaf keçirilməsinə şərait yaradır”.