YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Moskvadakı səfirliyində yaradılan seçki məntəqəsində 1499 seçici qeydiyyata alınıb

Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yaradılmış seçki məntəqəsində səsvermə davam edir.

Səfirliyin binasında yerləşən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 47 saylı məntəqəsi Moskva vaxtı ilə saat 08:00-da açılıb, ilk seçicilər səsvermədə iştirak ediblər. Seçki məntəqəsinin sədri Ağalar Atamoğlanov jurnalistlərə bildirib ki, məntəqədə 1499 seçici qeydiyyata alınıb.

Azərbaycanın Sankt-Peterburqdakı və Yekaterinburqdakı baş konsulluqlarında da seçki məntəqələri fəaliyyət göstərir.