YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT/DTİHB missiyası Azərbaycanda prezident seçkilərini müşahidə planlarını açıqlayıb

ATƏT/DTİHB missiyası Azərbaycanda prezident seçkilərini müşahidəyə başlayıb.

Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçilər missiyasının başçısı Korien Yonker deyib./Trend/

O bildirib: “Biz seçkilərə hazırlığı müşahidə etmişik. Bu gün biz bilavasitə prezident seçkilərini müşahidə etməyi planlaşdırırıq. Bizim 13 nəfərdən ibarət əsas qrupumuz aprelin 24-dək Azərbaycanda qalacaq və ölkədə seçkidən sonrakı müddəti müşahidə edəcək”.

K.Yonker əlavə edib ki, uzunmüddətli müşahidəçilər hazırda Azərbaycanın paytaxtında və regionlarında işləyir və baş verən proseslər barədə məlumat verir: “Seçkilərin qiymətləndirilməsi missiya tərəfindən aprelin 12-i açıqlanacaq. Azərbaycan prezident seçkilərinin keçirilməsi barədə hesabat səsvermədən iki ay sonra təqdim olunacaq”.