YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq müşahidəçi Barbara Hillas: Azərbaycanda seçki proseduru çox yaxşı vəziyyətdədir

Azərbaycanda seçki proseduru çox yaxşı vəziyyətdədir. Hər kəs seçki məntəqəsində istədiyi plakatı tapır. Hətta seçici siyahısını tapmaq da çox asandır. Seçicinin səsverməsi üçün heç bir çətinlik yoxdur. Bütün bunlar ümumi hazırlıq mərhələsinin yüksək səviyyədə olduğunu göstərir. Seçicilər heç bir problemlə qarşılaşmadan səsvermədə iştirak edirlər.

Bu sözləri 20 saylı Nərimanov II seçki dairəsinin 16 saylı seçki məntəqəsində ATƏT-in ABŞ-dan olan müşahidəçisi Barbara Hillas söyləyib.

Azərbaycana ilk dəfə gəldiyini deyən Barbara Hillas ATƏT-in müşahidə missiyasının tərkibində olmasından şərəf duyduğunu bildirib. Bu gözəl ölkəyə gələcəkdə də məmnuniyyətlə gəlmək arzusunda olduğunu qeyd edib.