YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB PA müşahidə missiyasının rəhbəri: Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək

MDB Parlament Assambleyası müşahidə missiyası Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovun başçılığı ilə Azərbaycanda prezident seçkilərində səsvermə prosesini izləməyə başlayıb.

İ.Umaxanov 29 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermə prosesini müşahidə edib.

Beynəlxalq müşahidəçi deyib ki, bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçki komissiyasının çox dəqiq və sistemli işi görünür:

"Artıq dördüncü dəfədir prezident seçkilərini müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhvali-ruhiyyə yüksək səviyyədir. Hiss olunur ki, insanlar səsverməyə xoş əhvali-ruhiyyə, gələcəyə inamla, ölkələrini çiçəklənən, sülh şəraitində görmək ümidi ilə gəlirlər. Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək".

İ.Umaxanov əlavə edib: "Bu gün biz tam əminliklə deyə bilərik ki, Qərb ekspertləri Azərbaycanda nəinki seçkiləri müşahidə edə, eyni zamanda, seçkilərin təşkili ilə bağlı təcrübəni öyrənə bilərlər".