YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Kosta-Rika Respublikasının yeni seçilmiş Prezidenti Karlos Alvarado Kesadaya təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kosta-Rika Respublikasının yeni seçilmiş Prezidenti Karlos Alvarado Kesadaya təbrik ünvanladı.

Təbrikdə deyilir: “Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm.”