YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Ermənistan ordusunun təxribatının qarşısı qətiyyətlə alınacaq

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyanat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, son günlər Ermənistan mətbuatı ölkənin rəsmi qurumlarına istinadla növbəti dəfə təxribat xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir yaradaraq qoşunların qarşıdurma xəttində gərginliyi artırmağa cəhd göstərir.

Aprelin 8-də və 9-da Ermənistan kütləvi informasiya vasitələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası, Qazax və Tovuz istiqamətlərində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan ərazisinin guya atəşə tutulması barədə məlumatlar yayıb.

“Azərbaycan Ordusunun bölmələri Ermənistan ilə dövlət sərhədi boyu atəşkəs rejiminə tam riayət edir. Ermənistan tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil, gələcək təxribatlar üçün zəmin yaradır və bu kimi xəbərlərin davamlı olaraq yayılacağı istisna edilmir.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınacaq, tərəfimizdən dərhal, sərt və sarsıdıcı cavablar veriləcək”.