YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kiçik gizir Zaur Xancanov: Aprel zəfəri Azərbaycan gəncliyinə ən dəyərli örnək, bir qəhrəmanlıq nümunəsidir

Aprel hadisələrində qazanılan qələbədən söz düşəndə iftixardan qəlbim dağa dönür. Çünki bu zəfərdə mənim də xidmətim olub. Həmin vaxt müqavilə əsasında xidmət edən əsgər idim, amma qələbəmizdən sonra komandanlığın təşəbbüsü ilə gizir rütbəsinə təqdim olundum.

Bu sözləri Aprel döyüşlərinin iştirakçısı kiçik gizir Zaur Xancanov deyib.

O bildirib ki, hərdən dostlarımla Aprel döyüşlərindən danışanda zarafatımdan da qalmıram. Deyirəm ki, bu qələbəmiz mənə rütbə qazandırıb. Ümumiyyətlə, dövlətimiz, Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq sağ olsunlar, hər kəsin xidməti yetərincə qiymətləndirildi. Amma düşünürəm ki, Lələtəpə zirvəsi azad olunandan sonra 24 illik həsrətə son qoyub doğma ocaqlarına qayıdan Cocuq Mərcanlı camaatının alqışı, duası ən böyük mükafatımızdır. Prezidentimiz bu kəndin abadlaşdırılması haqqında Sərəncam imzalayandan sonra kənd müasir görkəm alıb. Yüzlərlə qaçqın ailəsi doğma yurduna qayıdıb, insanlar əmin-arxayın təsərrüfatlarını bərpa ediblər. Bir dəfə televizorda bu kəndi göstərəndə orada Şuşa məscidinin bənzərini gördüm. Məncə, bu tikilinin rəmzi mənası çox böyükdür. Qoy, düşmənlərimiz bilsinlər ki, biz yenə də savaşa qalxıb digər əzəli torpaqlarımızı da azad edəcəyik.

“Bu günlər Aprel zəfərimizin ikinci ildönümünü qeyd edirik, ürəyim sözlə doludur. Hərbi bölmənin kollektivi yenə də şəhid döyüşçülərimizin xatirəsini yad edəcək, onların uyuduğu məzarlar ziyarət olunacaq. Lələtəpə yaxınlığında Aprel şəhidlərinin xatirə kompleksinin yaradılması ürəyimizdən xəbər verdi. İndi bu abidə hərbi xidmətə gələn gənclərin müqəddəs ziyarətgahı, and yeridir. Gənc əsgərlər hazırlıq mərhələsini bitirdikdən sonra burada and içərək döyüş növbətçiliyinə yola düşürlər. Bəli, Aprel zəfəri müasir Azərbaycan gəncliyinə ən dəyərli örnək, bir qəhrəmanlıq nümunəsidir. İllər ötüb keçəcək, amma qələbə üçün canlarını qurban verən igidlər unudulmayacaq, onlar zaman-zaman xatırlanacaq. Bir daha şəhid dostlarımın ruhu qarşısında baş əyirəm. And içirəm ki, onların qisası yerdə qalmayacaq”, - deyə Z.Xancanov bildirib.

 

DİGƏR Xəbərlər Arxiv