Xəbərlər
Avropa Mühasiblər və Auditorlar Federasiyasının Baş Assambleyası gələn il Bakıda keçiriləcək
Avropa Mühasiblər və Auditorlar Federasiyasının Baş Assambleyası 2015-ci il mayın 7-də Bakı şəhərində keçiriləcək.
Bununla bağlı Auditorlar Palatasının sədri Vahid Novruzov açıqlama verib. Bu barədə qərar Avropa Mühasiblər və Auditorlar Federasiyasının cari ilin iyun ayında Macarıstanın Budapeşt şəhərində keçirdiyi iclasda qəbul olunub.
Qeyd olunub ki, belə bir mötəbər tədbirə Bakının ev sahibliyi etməsi Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzundan və regional mərkəzə çevrilməsindən xəbər verir.