YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsveç Kraliçası Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri ilə görüşüb

İsveç Kraliçası Ülyahəzrət Silvia Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, İsveçrənin Cenevrə şəhərində keçirilən görüşdə Mərkəzin idarə heyətinin üzvləri – Beynəlxalq Telekommunikasiya Təşkilatının komissarı Valter Fyust, Liviya İnsan Hüquqları Təşkilatının prezidenti Farida Allaghi və Mərkəzin baş katibi Rövşən Muradov iştirak ediblər.

Görüşdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı, onun ümumbəşəri dəyərlərin inkişafında mühüm rolu haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Nizami Gəncəvi bu gün də aktual olan və ehtiyac duyulan tolerantlıq, dialoq, anlaşma, müştərək cəmiyyətlər kimi dəyərləri hələ səkkiz əsr öncə özünəməxsus formada təbliğ edib.

Görüşdə, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həyata keçirdiyi layihələr və təşəbbüslər də müzakirə edilib. Mərkəzin Madrid Klubu ilə birgə reallaşdırdığı ənənəvi forumun xüsusilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. İsveç Kraliçasına 2015-ci ildə keçirilməsi nəzərdə tutulan III Qlobal Müştərək Cəmiyyətlər Forumu haqqında da məlumat verilib.