YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadların seçimi İlham Əliyevdir

YAP Mərkəzi Seçki Qərargahı Sabirabad rayon  şöbəsinin üzvləri partiyanın təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun  Ulacalı, Bulduq Mürsəlli, Cavad, Əlicanlı, Zəngənə, Həsənalıkənd, Yolçubəyli, Narlıq və Türkədi kəndlərində seçicilərlə görüşlər keçiriblər.

Görüşlərdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva bildirib ki, bizim hər bir görüşümüzə belə çoxlu sayda insanların qatılması sabirabadlıların cənab İlham Əliyevə olan hörmət və etimadının əyani göstəricisidir. Bütün bunlara əmin olaraq deyə bilərik ki, 11 aprel seçkisinin favoriti cənab İlham Əliyevdir.

Görüşlərdə çıxış edən Milli Məclisin deputatları Elçin Quliyev,  Rüstəm Xəlilov bildiriblər ki,  vətəndaşlarımız uğurların davamı üçün Prezident İlham Əliyevi yenidən bu ali məqamda görmək istəyirlər.

Görüşlərdə çıxış edən təbliğat-təşviqat qruplarının üzvləri Sabirabad Rayon Ziyalılar Cəmiyyətinin sədri Böyükağa Həmidova, Qarabağ Əlillər Gəmiyyətinin sədri Füzuli Paşayev, həmçinin Nurlana  Xəlilova və Səkinə Əliyeva bildiriblər ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar ölkəmizin gələcək inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Bu səbəbdən əminliklə demək olar ki, xalqımız inkişaf və sabitliyin davamlı olması üçün cənab İlham Əliyevə səs verəcək.

Görüşlərdə çıxış edən seçicilər birmənalı olaraq cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.