YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevirdə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Mingəçevir şəhərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış edərək seçki və səsvermə hüququnun əhəmiyyətindən danışıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri  Əli Hüseynli çıxış eədərək bildirib ki,  Azərbaycan dövləti bu seçkilərin də azad və şəffaf keçirilməsinin təmin edilməsi üçün zəruri tədbirləri görməkdədir. Onun sözlərinə görə, Azərbaycanda seçkilər hər zaman şəffaf, ədlalətli və demokratik prinsiplər əsasında keçirilib. Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur.

Ə.Hüseynli qeyd edib ki, gənclik nə qədər güclü olarsa, dövlətimizin gələcəyi də o qədər etibarlı və güclü olacaq. Ona görə də, gənclərin başlıca vəzifələrinizdən biri Azərbaycanın gələcək taleyində mühüm rol oynayan seçkilərdə fəal şəkildə iştirak etməkdir. «Bu baxımdan, mən sizləri 11 apreldə keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə çağırıram. Siz seçkilərdə ilk dəfə səs verəcəksiniz və bu hadisə həyatınızın ən şərəfli və məsuliyyətli məqamlarından biri  kimi xatirələrinizdə yaşayacaq. Çünki səsvermə hüququnu əldə etmək artıq sizlərin demokratik bir dövlətimizdə tamhüquqlu vətəndaşı kimi formalaşdığınızı təsdiqləyir»-deyə, komitə sədri vurğulayıb.

Tədbirdə çıxış edən gənclər Azərbaycanın xoşbəxt gələcəyi naminə prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.