YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyan rayonunun Qaraçala qəsəbəsində və Qarabağlı kəndində seçicilərlə görüşlər keçirilib

YAP Mərkəzi Seçki Qərargahı Salyan rayon  şöbəsinin üzvləri partiyanın təbliğat-təşviqat kampaniyası çərçivəsində aprelin 2-də  rayonun Qaraçala qəsəbəsində və Qarabağlı kəndində seçicilərlə görüşlər keçiriblər.

Tədbirləri YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov açaraq  bildirib ki, keçirilən çoxsaylı görüşlərdən aydın görünür ki, qədirbilən xalqımız ulu öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı kimi ölkəmizin ən yüksək səvityyədə inkişafına nail olan cənabİlham Əliyevə yekdilliklə səs verəcək.

Görüşlərdə Milli Məclisin deputatları Əliağa Hüseynov, Fəzail Ağamalı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov  çıxış edərək bildiriblər ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində də böyük bir yol qət edib. 2016-cı ilin aprelində işğalçı Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara verilən cavab, işğal altında olan bir sıra ərazilərimizin azad edilməsi, Lələtəpəyə Azərbaycan bayrağının sancılması Azərbaycan Ordusunun gücünü həm düşmən ölkəyə, həm də bütün dünyaya göstərdi. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri bu faktı düşmən ölkəyə əyani şəkildə nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələri  bu gün regionun ən nizami və texniki cəhətdən təchiz olunmuş ordusu sayılır. Ordumuzun bütün bu üstünlükləri isə məhz Prezidentimizin yürütdüyü dövlət siyasətinin uğurlu nəticələridir.

Görüşlərdə çıxış edən salyanlılar Prezident İlham Əliyevi qətiyyətli dövlət başçısı, müdrik lider kimi dəyərləndirərək 11 apreldə məhz ona səs verəcəklərini ifadə ediblər.