YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş seçiciləri: Biz İlham Əliyevi seçirik, siz də seçin!

Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunda növbəti görüşlər Ləki qəsəbəsi, Yuxarı Ləki, Yenicə, Güvəkənd, Binələr, Aşağı Nemətabad, Qəribli və Yuxarı Nemətabad kəndlərindən olan seçicilərlə keçirilib.

Görüşləri YAP Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov açaraq son illər respublikamızın, eləcə də   Ağdaş rayonunun sürətlə inkişaf etməsinin və bu inkişafın səbəbinin Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü düşünülmüş siyasətin olmasını qeyd edib.

C.Osmanov ağdaşlıların Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdiyini və 11 aprel prezident seçkilərində cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərinə əminliyini bildirib.

Görüşlərdə təbliğat qrupunun üzvləri Tənzilə Şıxıyeva, Sevgili İbrahimova, Fuad Nəbiyev  və İsa Eminov çıxış edərək cənab İlham Əliyevin uğurlarından danışıblar. Natiqlər  seçiciləri 11 apreldə mütəşəkkil halda birləşərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər – Sədaqət Aşurova, İnqilab Musayev, Məmmədsöyün Rüstəmov, Misir Misirov, Gülcənnət İsmayılova, Ələsgər Bəkirov, Aidə Cavadova və Cəfər Osmanov cənab İlham Əliyevin namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən yenidən irəli sürülməsini fəxr və qürur hissi ilə qarşıladıqlarını qeyd ediblər.