YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qazax rayon təşkilatı Orta Salahlı kəndində görüş keçirib

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Qazax rayonunda da YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş rayonun Orta Salahlı kəndində keçirilib.

Görüşdə çıxış edən YAP Qazax rayon təşkilatının seçki qərargahının üzvləri Polad Ağakişiyev, Yeganə Göyüşlü, Səfurə Rəhimova dövlətə və dövlətçiliyə sədaqəti ilə fərqlənən Qazax seçicilərinin prezident seçkiləri günü seçiminin Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev olacağına əminliklərini ifadə ediblər. Vurğulanıb ki, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Görüşdə çıxış edən kənd sakinləri ölkəmizdə həyata keçirilən dövlət siyasətindən razılıqlarını bildiriblər və seçki günü cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.