YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının qərargahında prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirilib. Görüşdə əsasən təhsil sahəsində çalışan seçicilər iştirak ediblər. Tədbirdə YAP Suraxanı təşkilatının sədri cənab Vüqar Seyidov 15 il ərzində qazanılan uğurlardan, gələcəkdə ölkənin qarşısında duran hədəflərdən danışıb. Ölkəmizdə təhsilin inkişafına xüsui diqqət göstərildiyini deyən V.Seyidov əmin olduğunu bildirib ki, 11 aprel seçkilərində təhsil işçilərinin seçimi cənab İlham Əliyev olacaq.

Tədbirdə Milli Məclisin deputatları Ağacan Abiyev və Sevinc Fətəliyeva, vəkil Loğman Abdullayev, beynəlxalq dərəcəli hakim Hicran Şərifov və başqaları çıxış eədərək seçiciləri 11 apreldə Azərbaycanın gələcək inkişafı naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.