YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göyçay rayonunun Qızılağac kəndində seçicilərlə görüş keçirilib

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində  növbəti görüş rayonun Qızılağac kəndində keçirilib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının  Göyçay rayon şöbəsinin sədri Sahib Şükürov qarşıdan gələn prezident seçkiləri ilə bağlı  məlumat verib. Sahib Şükürov prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış edib. Natiq qeyd edib ki, bu gün Azərbaycanin əldə etdiyi bütün nəaliyyətlərdə cənab İlham Əliyevin imzasi var. Biz bu ugurlari davam etməsi ücün İlham Əliyevə səs verəcəyik. Cənab İlham Əliyevin rəhbərlik etdiyi 2003-2018-ci  illər ərzində Azərbaycan çox böyük uğurlara imza atıb. Ölkənin inkişafı, insanların rifahı naminə  həyata keçirilən islahatlar Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramının əsas mahiyyətini təşkil edir. Natiq əminliklə bildirib ki, Göyçay rayonunun Qızılağac kənd sakinləri də 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Görüşdə çıxış edən Ləman Hacıyeva, Namət Şirinov və başqaları ölkəmizdə gedən sürətli inkişaf, həmçinin Prezident İlham Əliyevin daima xalqımıza göstərdiyi yüksək diqqət və qayğı barədə danışıblar. Natiqlər dövlətçiliyə hər zaman sədaqət nümayiş etdirən Göyçay rayon seçicilərini  11 apreldə seçkilərə gəlməyə, inamlı sabahımıza səs verməyə çağırıblar.