YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində  növbəti görüş rayon Mədəniyyət mərkəzində Biləsuvar rayonu təhsil işçiləri ilə görüş keçirildi.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası seçki qərargahının  Biləsuvar rayon şöbəsinin sədri Kamil Mirzəyev  qarşıdan gələn Prezident seçkiləri ilə bağlı  məlumat verdi. Kamil Mirzəyev Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış etdi.Natiq qeyd etdi ki,  2003-2018-ci illər ərzində cənab İlham Əliyevin ölkə Prezidenti kimi  gördüyü titanik işlər Azərbaycanın inkişafına çox böyük təkan vermişdir.Bütün bu illər ərzində Azərbaycan çox böyük uğurlara imza atmışdır. Ölkənin inkişafı, insanların rifahı naminə  həyata keçirilən islahatlar Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramının əsas mahiyyətini təşkil edir. Natiq Azərbaycan Respublikasında təhsil işçiləri ilə  bağlı olan Dövlət Proqramlarından, onların həyata keçirilməsindən təhsil işçilərinə göstərilən dövlət qayğısından ətraflı məlumat verdi.Natiq əminliklə bildirdi ki, Biləsuvar rayonunun çoxsaylı təhsil işçiləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirdə Azərbaycan Dillər Universitetinin müəllimi, Filologiya Elmləri Doktoru, Professor Fikrət Cahangirov çıxış edərək bildirdi ki, 2003-cü ildən keçən müddət ərzindən ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlar nəticəsində təsil, səhiyyə, mədəniyyət və idman sahəsində çox böyük uğurlara imza atılmışdır.Azərbaycan bu gün  bütün dünyada  multukultural və tolerant mərkəzinə çevrilmişdir.Natiq  bütün təhsil işçilərini  11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdı.

Gürüşdə çıxış edən Milli Məclisin Deputatı, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin üvü Mirkazım Kazımov bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan  nəinki Zaqafqaziya regionunda  eyni zamanda MDB məkanında  lider dövlətə çevrilmişdir.Azərbaycan dövləti öz inkişaf tempinə görə bir çox böyük dövlətləri geridə qoymuşdur.Azərbaycan müdafiə qabilliyəti möhkəmlənmiş və Azərbaycan ordusu regionda ən qüdrətli orduya çevrilmişdir.Azərbaycanın  dinamik inkişafı, iqtisadi islahatların uğurla həyata keçirilməsi, həyata keçirilən daxili və xarici siyasət onu deməyə əsas verir ki, Azərbaycan Dövləti tez bir zamanda  işğal altında olan torpaqlarımızı erməni faşistlərindən azad edəcəkdir.Natiq bütün seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə dəvət etdi.

Çıxış edən təhsil işçiləri bildirdilər ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək seçkilərdə Biləsuvar rayonunun təhsil işçiləri bir nəfər kimi Yeni Azərbaycan Partiyasının namizədi, ölkə Prezidenti cənab İlham Əliyevə səs verəcəkdir.