YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsənlilər Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazandıran, ölkənin gələcək inkişafının təminatçısı İlham Əliyevə səs verəcəklər

Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki qərargahının Daşkəsən rayon şöbəsinin təbliğat qrupu rayonun Quşçu kəndində seçiçilərin ilk mitinqini təşkil etdi. Mitinqə Quşçu kəndi ilə barabər qonşu Kəmərqaya, Zəylik, Çovdar, Bayan kəndlərinin və Daşkəsən, Quşçu, Quşçu Körpü qəsəbələrinin seçiciləri də toplaşmışdı.

Tədbiri giriş sözü ilə YAP Mərkəzi Seçki qərargahının Daşkəsən rayon şöbəsinin sədri Meydanəli Yolçuyev açaraq son 15 ildə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasətin uğurlarından, ötən dövr ərzində bütün sahələrdə əldə olunan nailiyyətlərdən danışmışdır.

Meydanəli Yolçuyev yüzlərlə mitinq iştirakçısının qarşısında daha sonra öz çıxışına davam edərək qeyd etdi ki, cənab İlham Əliyev bu günün, sabahın və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının lideridir. Onun daxili və xarici siyasəti də Azərbaycanın xoş gələcəyinə təminat verir. Bütün seçiciləri ürəklərinin hökmü ilə 2018-ci il  aprelin 11-də keçiriləcək Prezident seçkilərində xalqımızın yeganə namizədi İlham Əliyevə səs verməyə çağırdı.

Mitinqdə Quşçu kənd sakinləri Gülnarə Babayeva, Kərim Kərimov, Narıngül Qarayeva, Vüqar Muxtarov, Bayan kənd sakinləri Səyyarə Rəsulova, Rahilə Əliyeva, Quşçu qəsəbə sakini Aqif Məmmədov, Kəmərqaya kənd sakini Tərlan Əsədova və digərləri çıxış edərək İlham Əliyevi birmənalı olaraq alternativsiz namizəd kimi gördüklərini qeyd etmiş, Azərbaycanın sürətli inkişafının gələcək təminatçısı kimi İlham Əliyevin uğurlu fəaliyyətini vurğulayaraq hamılıqla ona səs verəcəklərini bildirmişlər.