YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib

«Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi ilə keçdiyi inkişaf yolunun ən mühüm keyfiyyətlərindən biri sabitlik və tərəqqinin paralel olmasıdır. İnkişafın təməli kimi dəyərləndirilən sabitliyin ölkəmizdə yüksək səviyyədə qorunması uğurların bir-birini əvəzləməsinə geniş imkanlar açır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, bu gün Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı sürətlə artır. Onun sözlərinə görə, ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi beynəlxalq əhəmiyyətli layihələrin icrasına, eyni zamanda, maliyyə imkanlarının artmasına yol açır.

«Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinə olduqca böyük diqqət və maraq göstərilir. Seçicilərlə görüşlərdə ötən müddət ərzində cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər - görülən işlər diqqətə çatdırılır, Azərbaycanın dayanıqlı inkişafının davamlı olacağına dair əminlik ifadə olunur. Seçicilərdə böyük ruh yüksəkliyi müşahidə edilir, onlar cənab İlham Əliyevin rəhbərliyi ilə görülmüş işləri təqdir edir, bu siyasətə dəstək nümayiş etdirirlər. Birmənalı şəkildə qeyd edilir ki, seçkilərin qalibi məhz uğurlu inkişaf strategiyasının müəllifi olan cənab İlham Əliyev olacaq. Bir sözlə, Azərbaycan seçicisi öz səsini Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə verəcəyini qətiyyətlə ifadə edir!»-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv