YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada təbliğat-təşviqat kampaniyası uğurla davam edir

11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahı Zaqatala rayon şöbəsi Kebeloba, Qımır, Çobankol, Bazar kəndlərində  seçicilərlə görüş keçirib.

Seçicilərlə görüşdə YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində, ölkəmizin son illərdə qazandığı uğurlardan danışıb. O bildirib ki, artıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən prezident seçkilərinə az bir müddət qalıb. H.Qurbanov seçiciləri Ulu öndər Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirlərdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik  Rafael Hüseynov seçicilərin seçiminin Prezident İlham Əliyev olacağına şübhə etmədiyini deyib. Onun sözlərinə görə, son illərdə həyata keçirilən abadlıq-quruculuq işləri rayonların, kəndlərin inkişafında mühüm rol oynayıb, bir sıra təhsil, səhiyyə və mədəniyyət ocaqları təmir olunub. Ölkə vətəndaşlarının rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Milyonlarla yeni iş yerləri açılıb və Azərbaycan turizm mərkəzinə çevrilib. Qeyd edib ki, cənab İlham Əliyevə səs vermək, möhtəşəm nailiyyətlərin davamlı olmasına, iqtisadiyyatımızın daha da inkişafına, vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsinə səs vermək deməkdir. Millət vəkili bir daha seçiciləri 11 apreldə YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Çıxış edən seçicilər bildiriblər ki, Azərbaycanın uğurlu inkişafı naminə cənab İlham Əliyevə səs verəcəklər.