YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ seçiciləri xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verəcəklər

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat - təşviqat kampaniyası çərçivəsində Qaradağ rayonunda seçicilərlə növbəti görüş keçirilib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov aprelin 11-də keçiriləcək prezident seçkilərinin ölkəmizin demokratik inkişafı yolunda növbəti parlaq səhifə olacağını söyləyərək rayon seçicilərini bu tarixi prosesdə fəal iştirak etməyə çağırıb. Milli Məclisin deputatı daha sonra cənab İlham Əliyevin misilsiz xidmətləri haqqında məlumat verərək deyib ki, cənab İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu təsdiq edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb. Bu illərdə dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. Aydın Hüseynov bunları nəzərə alaraq, rayon sakinlərini aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Əli Əmirov adına NQÇİ-nin rəisi Ramin Quliyev, rayon Ağsaqqallar Şurasının sədr müavini Zahid İbrahimov, Emil Abbasov, Paşa Məmmədov, Xaliq Məmmədov və digərləri Azərbaycanın son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verərək Qaradağ rayon seçicilərinin aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəyinə əminliklərini ifadə ediblər.