YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İsmayıllı rayon təşkilatı rayonun Bizlan və Keyvəndi kəndlərində seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi zrezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Bizlan və Keyvəndi kəndlərində seçicilərlə görüşlər keçirib.

Görüşlərdə YAP İsmayıllı rayon təşkilatının İdarə Heyətinin üzvü Valeh Salehov qeyd edib ki, cənab İlham Əliyevin 2003-cü ildə xalqımızın böyük əksəriyyətinin səsi ilə Prezident seçilməsindən sonra Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub: «Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu islahatlar cənab İlham Əliyev tərəfindən daha dinamik və çoxşaxəli şəkildə davam etdirilir. Azərbaycanın son  illərdə dünya miqyasında əldə etdiyi uğurlar məhz Prezident İlham Əliyevin adı, onun uğurlu daxili və xarici siyasəti ilə bağlıdır.»

YAP İsmayıllı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev  çıxış edərək vurğulayıb ki, cənab İlham Əliyev verdiyi bütün vədlərinə əməl edib, gördüyü işlərlə, imza atdığı qlobal layihələrlə dünya miqyasında nüfuzlu lider, ölkə daxilində qətiyyətli, uzaqgörən rəhbər olduğunu təsdiq edib.

Daha sonra çıxış edən kənd sakinləri  T.Hacətov, N.Məmmədova, O.Quluyev, Ş.Cəbiyev, T.Həsənova və digərləri Azərbaycanın son 15 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verərək bütün seçicilərin aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəyinə əminliklərini ifadə ediblər.