YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtər seçiciləri aprelin 11-də ölkəmizin sabit gələcəyinə səs verəcəklər

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Cəmilli və Bala Kəngərli kəndlərində seçicilərlə mitinq-görüş keçirib.

Görüşləri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov öncə partiyamızın namizədi cənab İlham Əliyevin seçki proqramı haqqında ətraflı məlumat verib. Cənab İlham Əliyevin 2003-2018-ci illərdə ölkəyə rəhbərlik etdiyi müddətdə Azərbaycanın bütün sahələr üzrə sürətli inkişaf yolu keçdiyini bildirən natiq həmçinin bu gün Vətənimizin dünyada sayılıb-seçilən ölkələrlə bir sırada qərarlaşmasından, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan qətiyyətli addımlardan, siyasi, iqtisadi, mədəni və sosial sahələrdə aparılan islahatlardan danışıb.

Çıxışına davam edən Ramiz Şabanov bu seçkilərdə də cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyib: "Çünki xalqımız Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevi alternativsiz lider kimi qəbul edir, Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyir".

Azərbaycanın son 15 ildə artan iqtisadi qüdrətindən də danışan rayon təşkilatının sədri əlavə edib ki, xalqımız, o cümlədən tərtərlilər ölkənin iqtisadi yüksəlişini öz həyatında hiss edirlər: "Bütün görülən işlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan xalqı, o cümlədən Tərtər seçiciləri aprelin 11-də ölkəmizin sabit gələcəyinə səs verəcəklər. Xalqın seçimi Prezident İlham Əliyev olacaq".

Sakinlərin yüksək fəallğı şəraitində keçən görüşlərdə, eyni zamanda, rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev,  seçicilərdən Qarabağ Müharibəsi əlili Pənah Məmmədov, Rəşad Şahbazov, Səfayət Xəlilova və başqaları çıxış edərək tərtərli seçicilərin aprelin 11-də cənab İlham Əliyevə səs verəcəyini bildiriblər.