YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunun Yeni Daşkənd və Gərənə kəndlərində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatı “İlhamla irəli” şüarı ilə təbliğat-təşviqat kampaniyasına uğurla start verib. Belə ki, YAP Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat -təşviqat kampaniyası çərçivəsində rayonun Yeni Daşkənd və  Gərənə kəndlərində seçicilərlə görüş keçirib.

Seçicilər qarşısında çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin rayonda gedən abadlıq- quruculuq işlərindən danışıb. Təşkilat sədri bildirib ki, cənab İlham Əliyevin həyata keçirdiyi sosial – iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb.

Tədbirdə iştirakçılarından Nizami Quliyev, Nurayə Məmmədova, Teymur Həmidov, Ofelya Hüseynova, Zərifə Məmmədova, Aqşin Hacızadə və Sarıtel Ələsgərova çıxış ediblər. Çıxışlarda bildirilib ki, 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib. Bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir.Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.

Çıxış edənlər seçiciləri aprelin 11-də seçki məntəqələrinə gedərək  YAP-ın namizədinə, xalqın namizədinə səs verməyə çağırıblar.

 

DİGƏR Xəbərlər Arxiv