YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizi tərəqqiyə aparan siyasətə səs verək!

Martın 22-də Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı bu partiya tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin «İlhamla irəli» şüarı ilə təşviqat-təbliğat kampaniyası çərçivəsində Xankəndi, Sulut, Tağlabiyan kəndlərində seçicilərlə görüşlər keçirib.

Görüşlərdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının İdarə Heyətinin üzvü Valeh Salehov qeyd edib ki, cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan yerli və regional layihələr sayəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır.

YAP İsmayıllı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev  vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə sabitlik diyarı, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən ölkə kimi tanınır: «Bu uğurları daha da artırmaq, yeni layihələrin həyata keçirilməsinə nail olmaq, bir sözlə, xoşbəxt gələcək üçün 11 apreldə keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və cənab İlham Əliyevə səs verməklə ölkəmizi tərəqqiyə aparan siyasətə səs verək!»

Daha sonra kənd sakinləri  Bəhruz Abdulov, Şərif Rəhmanov, Fariz Mamedov və başqaları çıxış edərək bidiriblər ki,  ismayıllılar həmişə dövlətə, dövlətçiliyə sədaqətləri ilə fərqləniblər. Bundan sonra da onlar respublikamızda hökm sürən ictimai - siyasi sabitliyi, iqtisadi yüksəlişi, hakimiyyətlə xalq arasındakı vəhdəti, ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevi dəstəkləyəcəklər.